Domen nədir? Nə üçün domenə ehtiyacımız var?

Domen veb saytınızın internetdəki adı və adresidir. Bu adres olmadan internet istifadəçiləri veb saytınıza girə bilməzlər.

Domen ip adresi adlanan kompüterlərin birbirini tanıması üçün istifadə olunan nömrələmə sisteminin bəsitləşidirilmiş və kəlimələr ilə ifadə edilən formasıdır. Misal üçün www.azeri.net yazdığınızda internet öncə bunu ip adresinə çevirir sonra isə sizi bu ip adresinə yönləndirir.

Veb saytınızı ziyarət etmək istəyənlərin ip adresinizi bilmələri çətin olacağı üçün domen alaraq saytınzı daha asan yadda qalan bir hala gətirməlisiniz. 19.181.21.34 ip adresi azeri.net saytına aiddir. IP adresini yadda saxlamaq çox çətindir. Amma azeri.net deyilən vaxt daha asan yadda qalır.

Domenlər ən az 1 ən çox 10 il arasında alına bilir.

Yenə domenlər ən az 2 ən çox 63 simvoldan ibarət ola bilir. Hərf, rəqəm və - işarətini domenlərinizdə istifadə edə bilərsiniz.

2006-cı ildən ə hərfi ilə domen almaq da mümkündür. Misal üçün www.azəri.net

Sadəcə domen almaq sayt açmaq üçün kifayətdirmi?

Xeyir, domen almaq sayt açmaq üçün kifayət deyil. Siz bundan əlavə hostinq xidməti də almalısınız. Yuxarıda da açıqladığımız kimi domen adı istifadəçilərinizi hostinq xidmətinizin olduğu kompüterlərə yönləndirir.

Domen uzantısı nə məna ifadə edir?

com – kommersiya təşkilatları

org – qeyri- kommersiya təşkilatları

edu – təhsil müəssisələri

biz – sahibkarlıq fəaliyyəti

gov – dövlət və yerli üzünüidarə orqanları

info – kütləvi informasiya vasitələri

name – fiziki şəxslər

net – İnternet şəbəkəsinin inkişafında iştirak edən təşkilatlar və layihələr üçün.

.com ilə .az arasında nə fərq var?

.com beynəlxalq bir domen uzantısıdır. .az isə Azərbaycan üçün nəzərdə tutulub.