Hostinq nədir?

Veb-sayt yaradanlar saytı internetdə yerləşdirmək və istifadəçilərə tanıtmaq (hər hansı bir məhsul və ya xidmət haqqında hazırladığı səhifələri, şəkilləri,sənədləri) istəyirlər.Bunun üçün saytı xüsusi olaraq hazırlanmış, İnternet şəbəkəsinə çox surətli bağlantısı olan, minlərlə istifadəçiiyə eyni vaxda xidmət verə bilən bir kompyuterdə (serverdə) yerləşdirmək lazımdır.

Sayta aid səhifələri, şəkilləri, sənədləri İnternet istifadəçilərinə təqdim edən kompyuterlərə Web Server, bu kompyuterin (serverin) yaddaşında sənədləri yerləşdirmək üçün ayrılmış yerə isə hostinq deyilir.

İnternet şəbəkəsindəki verilənlərin yerləşdirilməsini, saxlanılmasını hostinq ximətləri həyata keçirir. Web hostinq saytın İnternetdə yerləşdirilməsi, saxlanılması, istifadəçilərin sayta əlçatanlığını təmin edir. İnternetin yeni xidmət növüdür. Bu xidmətləri göstərən qurum Hostinq Provayder adlanır.